İDMAN

Finlandiya təhsil sisteminin əsas atributlarından biri şagirdlərin potensial qabiliyyətlərinin maksimal şəkildə üzə çıxarılmasıdır. Bununla əlaqədar olaraq məktəbdə qapalı idman zalı ilə yanaşı açıq idman sahəsi fəaliyyət göstərir. Bu məkanlarda mövcud olan bütün idman avadanlıqları xüsusi diqqətlə seçilib alınıb və şagirdlər üçün təhlükəsiz formada quraşdırılıb:

  • İdmanın qabaqcıl bir sıra fiziki və stolüstü növü , o cümlədən futbol, basketbol, üzgüçülük, qaçış, karate, cüdo, şahmat və dama şagirdlərə təklif olunur.
  • Bu idman növlərinin əksəriyyəti həm dərs olaraq keçirilir, həm də dərsdən kənar fəaliyyət kimi şagirdlərə təqdim olunur.
  • İdman müəllimimiz böyük təcrübəyə malik, şagirdlərlə işləməyi və onlarla səmimi olmağı bacaran peşəkar idmançıdır.
  • İldə bir neçə dəfə böyük arenalarda idman günləri və festivalları təşkil edirik. Burada müxtəlif idman fəaliyyətləri əyləncəli şəkildə keçirilir.
  • İdmanın istənilən növü üzrə xüsusilə fərqlənən şagirdləri eyni istiqamətdəki müxtəlif irimiqyaslı yarışlara yönləndirərək onlarda özünəinamı gücləndirməyə çalışırıq.