PEŞƏ

Finlandiya təhsil sistemində şagirdlərin müxtəlif qabiliyyətlərinin tam üzə çıxarılması prioritet məsələlərdəndir. Bu baxımdan məktəbimizdə şagirdlərə peşə növlərindən dülgərlik və dərzilik təklif olunur:

  • Bu peşə növləri 9-cu sinifə qədər həm dərs olaraq keçirilir, həm də bütün məktəb illəri ərzində dərsdən kənar məşğuliyyət kimi şagirdlərə təqdim olunur.
  • Məktəbimizdə peşə fəaliyyətinə dair xüsusi otaq mövcuddur. Burada olan dülgər və dərzi avadanlıqları Almaniyadan gətirilib.
  • Avadanlıqlar tam təhlükəsizdir və onlardan istifadə zamanı hər hansı bir fiziki zərər meydana gəlmir.
  • Peşə dərslərinin keçirilməsində əsas məqsəd şagirdin nəzəriyyə baxımından beyninin çox yüklənməsinin qarşısını almaq, öyrəniləni tətbiqetmə imkanı yaratmaq və şagirdi həyatın zəruri ehtiyacları istiqamətində yetişdirməkdir.