MUSİQİ

Məktəbimizdə musiqi fəaliyyəti üçün xüsusi otaq ayrılıb və burada çox sayda milli və beynəlxalq musiqi aləti mövcuddur:

  • Məktəbimizdə musiqi həm dərs olaraq keçirilir, həm də şagirdlər musiqi ilə dərsdən kənar da məşğul ola bilirlər.
  • Musiqi müəllimimiz həm də konservatoriyada baş laborant olaraq çalışır və musiqinin tədrisi baxımından istedadlı və keyfiyyətli kadrdır.
  • Həmçinin məktəbimizdə musiqi ilə yanaşı bir sıra qabaqcıl milli və dünya rəqsləri də tədris olunur.
  • Yetirmələrimiz üçün məktəbdə əlamətdar günlərdə keçirilən bayram tədbirlərində musiqi dərnəyi tərkibində iştirak etmək imkanı yaradılır.