QİDALANMA

Şagirdlərin qidalanmasına xüsusi diqqət yetiririk. Bütün yeməklər məktəb həyətində yerləşən yeməkxana binasında peşəkar aşbazlar tərəfindən bişirilir. Müasir aparatlar əsasında qurulmuş yeməkxanamız yeməkləri şagirdlərin xüsusi istək və zövqlərinə uyğun şəkildə, istənilən üsulda, o cümlədən buxarda hazırlamağa imkan verir.

Şagirdlərimiz məktəb binasının içərisində olan yemək otağında gündə iki dəfə qidalanırlar. Səhər saatlarında birinci dərsdən sonra onlara qəlyanaltı (snek) təklif olunur. Günorta saatlarında isə nahar yeməyi (lanç) verilir. Hər gün naharda şagirdlərə müxtəlif növ quru və sulu yeməklər, salat və içkilər təqdim olunur.

Yemək üçün tələb olunan ərzaqlar xüsusi diqqətlə seçilib alınır. Gigiyena baxımından müvafiq beynəlxalq standarta sahib olmayan yerlərdən ərzaq alınmır və həmçinin həkimin yoxlanışından keçməyən yemək də şagirdlərimizə qəti şəkildə verilmir. Bundan başqa, biz mütəmadi olaraq şagird və valideynlər arasında sağlam və zövqlü qidalanmaya dair sorğular keçiririk və onun əsasında yemək menyumuzu daima zənginləşdiririk.