HƏKİM

Məktəbimizdə çoxillik təcrübəyə malik, uşaq psixologiyasına yaxından bələd olan və ingilis dilində səlis danışa bilən peşəkar həkim fəaliyyət göstərir. Həkim xidməti üçün məktəbimizdə xüsusi otaq var və bu otaq zəruri ilkin tibbi avadanlıqlar ilə tam təchiz olunub. Həkimimiz burada şagirdləri günboyu qəbul edir və əsasən aşağıdakı xidmətləri həyata keçirir:

  • Dərs və dərsdən kənar məşğuliyyətlər ərzində məktəbdə olur.
  • Dərsdən kənar fəaliyyətlər zamanı şagirdlər arasında olaraq onların sağlamlığına və ümumi əhvalına birbaşa nəzarət edir.
  • Ehtiyac olduğu hallarda ilkin yardım göstərir və zərurət yaranarsa əlavə müvafiq tədbirlər görür.
  • Ayda iki dəfə əyani baxış keçirməklə şagirdlərin ümumi təmizlik qaydalarına riayət edib-etmədiyini yoxlayır.
  • Hər gün bişirilən yeməklərə baxış keçirərək onların istifadəyə yararlı olub-olmadığını müəyyənləşdirir.