LEQO

Məktəbimizdə şagirdlərin leqo ilə məşğul olmaları üçün xüsusi otaq mövcuddur. Burada onlar leqodan müxtəlif fiqurlar düzəltməklə öz yaradıcılıq bacarıqlarını inkişaf etdirirlər:

  • Məktəbimizdə leqo dərsdən kənar məşğuliyyət kim keçirilir.
  • Bütün şagirdlərimiz leqodan istifadəni ən azından minimal səviyyədə öyrənə biləcəklər.
  • Leqo otağında 4600 hissədən ibarət leqo seti mövcuddur. Bu set həm keyfiyyətli, həm dözümlü, həm də istifadə baxımından təhlükəsizdir. Adi leqolardan fərqli olaraq bu setdəki hissəciklər bir-birinə 3 formada birləşə bilirlər.
  • Şagirdlər leqo hissələrindən öz zövqlərinə uyğun müxtəlif növ maşınlar, heykəllər, heyvan fiqurları və s. düzəldə biləcəklər.
  • Leqo ilə hər hansı bir əşyanın və ya canlının düzəldilməsi şagirddə robot texnikasına qarşı maraq oyadır. Bizim əsas məqsədimiz gələcəyin sahəsi olan robot texnikasına şagirdlərimizdə indidən həvəs yaratmaqdır.