DİREKTORUN MÜRACİƏTİ

DİREKTORUN MÜRACİƏTİ

Hörmətli valideynlər!

Böyük sevgi və həyəcanla nəzərinizə çatdırmaq istərdim ki, “Təhsil millətin gələcəyidir” kəlamından yola çıxaraq ölkəmizə və xalqımıza faydalı olmaq üçün sözün əsl mənasında yüksək keyfiyyətdə təhsil verən bir məktəb açmışıq.

Elə bir məktəb açmışıq ki, bununla biz dünyanın ən qabaqcıl təhsil sistemlərindən sayılan Finlandiya modelini Sizin ayağınıza qədər gətirmişik.

Bu elə bir məktəbdir ki, yeniyetmələrimizdə olan müxtəlif qabiliyyətləri üzə çıxardacaq və bu qabiliyyətlər istiqamətində onların potensiallarının son həddinə qədər yetişmələrini təmin edəcək.

Övladlarınız elə bir mühitdə inkişaf edəcəklər ki, özünəinamlılıq, kreativlilik, əməkdaşlıq, açıq fikirlilik, innovativlik və öyrənmədə davamlılıq onların ən çox seçilən xüsusiyyətləri olacaq.

Şagirdlərimiz burada öyrəndiyi bu möhtəşəm dəyərləri gələcəkdə sosial həyatın digər sahələrinə, o cümlədən ailəyə, iş həyatına və ümumilikdə cəmiyyətə inteqrasiya edərək yaxşılıq və gözəlliklərlə fərqlənməyin zövqünü doyunca yaşayanlardan olacaqlar.

Və Siz də fəxr edəcəksiniz!

Gəlin məktəbimizi ziyarət edin, burdakı imkanlarla yerində əyani şəkildə tanış olun və övladlarımız üçün etdiyimiz arzu və diləkləri birlikdə əl-ələ verərək var gücümüzlə ən qısa müddətdə gerçəkləşdirməyə çalışaq.

Hamınıza əvvəlcədən təşəkkür edirəm!

Hörmətlə,

Xəyyam Abdullayev AFİS-in direktoru