FƏLSƏFƏMİZ

MİSSİYAMIZ

Finlandiya təhsil sisteminin üstünlüklərindən yararlanmaqla ölkəmizdə təhsilin keyfiyyət və səmərəlilik baxımından köklü inkişafına ən yüksək dərəcədə töhfə verməkdir.

GƏLƏCƏYƏ BAXIŞIMIZ

Robot texnikası sayəsində hər şeyin avtomatlaşdırıldığı və həmçinin valehedici insan zəkasının əvəzolunmaz kreativliyi nəticəsində müxtəlif zövqlərlə bəzənmiş rəngarəng dünyaya doğru var gücümüzlə çalışırıq.

DƏYƏRLƏRİMİZ

Müxtəliflik. Fərqli qabiliyyətlərin müsbət rəğbətlə ən yüksək səviyyədə qarşılandığı və müxtəlif mədəniyyətlərin bir arada ahəng içərisində yaşayıb davamlı inkişaf etdiyi bir mühit müasir dövrün ən böyük dəyəridir.

Əməkdaşlıq. Bir-biri ilə rəqabətdənsə biraraya gələrək bir-birinə dəstək göstərib cəmiyyətin bütövlükdə inkişafına çalışan gənc nəslin olduğu bir ölkə ən böyük zənginliyə malikdir.

Davamlılıq. Öyrənməyi öyrəndikdən sonra bir ömürboyu öyrənmək anlayışını özünə rəhbər seçən müəllim və şagirdlərdən ibarət bir məktəbi heç nə əvəz edə bilməz.

Maksimallıq. Qabiliyyət baxımından sahib olduğu potensialın əzəmətini dərindən dərk edən və bu potensialın zirvəsinə çıxmağa çalışan müəllim və şagirdlər qədər qərarlı və səmərəli heç kim ola bilməz.