TƏRƏFDAŞLARIMIZ

TƏRƏFDAŞLARIMIZ

FINEDUCONSULT

FinEduConsult şirkəti beynəlxalq miqyasda təhsil sistemində ən yüksək səviyyədə keyfiyyət dəyişikliyinə nail olunması uğrunda çalışan Finlandiyaya məxsus şirkətdir. Bu şirkət indiyədək Yaxın Şərq, Asiya, Latın və Şimali Amerikanın bir çox ölkəsində, keyfiyyət üstünlüyü ilə seçilən Finlandiya təhsil sisteminə uyğun məktəblərin qurulmasında və ümumiyyətlə bu yenilikçi sistemin bütün dünyada geniş şəkildə yayılmasında böyük işlər həyata keçirib.

Şirkətin ümumi fəaliyyətinə təhsilin inkişafına dair məsləhət xidməti, xarici təhsil işçiləri üçün təlim, konfrans və Finlandiyaya təhsilə dair səfərlərin təşkili, xarici ölkələrdə Finlandiya təhsil sistemli məktəblərin qurulması və bu fəaliyyətə dair təşəbbüslərin həyata keçirilməsi və xarici təhsil şirkətləri ilə Finlandiyadakı müvafiq təşkilatlar arasında əlaqələrin qurulması ilə bağlı işlər daxildir. Hazırda şirkətimizdə FinEduConsult şirkətinin iki nümayəndəsi – Janne Tapio Salmela və Anu Koivusaari çalışır.

Janne məktəbimizdə təhsil üzrə ekspert kimi fəaliyyət göstərir. O, indiyədək uzun illər Finlandiya təhsil sistemində çalışıb və həmçinin müxtəlif illərdə Belçika, Qətər və Rusiyada Finlandiya sistemi üzrə qurulmuş məktəblərdə rəhbərlik və müəllimlik edib. Musiqiyə və incəsənətə böyük marağı olan Janne bir çox musiqi alətində ifa edə bilir. O, həmçinin xüsusi diqqət və qayğı tələb edən şagirdlərlə işləməyə dair geniş təcrübəyə malikdir. Janne məktəbimizdə müəllim və digər işçilərlə daim sıx münasibətdədir, şagirdlərin problemləri ilə birbaşa maraqlanır, ümumi təhsil və iş prosesinə nəzarət edir və həmçinin məktəbin yerli və beynəlxalq qurumlarla əlaqələrinin qurulmasında yaxından iştirak edir.

Anu Koivusaari də məktəbimizdə çalışan finlandiyalı ekspertlərdəndir. O, şagirdlərimizə həyat bilgisi dərsini keçir. Anu indiyədək Finlandiya, Belçika və Rusiyada FinEduConsult şirkətinə məxsus məktəblərdə müəllim kimi işləyib, həm də bu məktəblərdə idarəçiliklə əlaqədar bir sıra işlərdə çalışıb. Eyni zamanda o, məktəbimizdə çalışan finlandiyalı ekspert Jannenin həyat yoldaşıdır.