TƏHSİLİMİZ

Məktəbimizdə verilən təhsilə dair bir sıra zəruri məlumatları sizə təqdim edirik:

  • Məktəbimizdə qabaqcıl beynəlxalq kurikulumlardan olan Finlandiya modeli üzrə məktəbəqədər hazırlıqla yanaşı 11 illik təhsil verilir.
  • Bütün yaş qrupları üzrə təhsil tamamilə ingilis dilindədir.
  • Onbirillik təhsil müddəti ərzində şagirdlərimiz rus dili ilə yanaşı Qərbi Avropa dillərindən bir və ya ikisini öyrənə biləcəklər.
  • Builki qəbul məktəbəqədər hazırlıq və 1-dən 5-dək olan siniflər üzrə aparılır. Məktəbəqədər hazırlığa 5 və 6 yaşlarında olan uşaqlar götürülür.
  • Yeddinci sinifə qədər sınaq imtahanları keçirilmir, şagirdin ümumi səviyyəsi dərs dediyi müəllim tərəfindən müəyyən standartlar əsasında ölçülərək müəyyənləşdirilir.
  • Təhsil bir qayda olaraq qabiliyyətyönümlüdür. Başqa sözlə, şagirdlər öyrəndiklərini asanlıqla tətbiq edə biləcək və bu yolla düzgün analizetmə qabiliyyətinə yiyələnəcəklər.

Məktəbimizdə verilən təhsillə bağlı əlavə məlumat üçün bizimlə əlaqə saxlayın.

Təhsilə dair daha ətraflı məlumat bu səhifəyə tezliklə yüklənəcək.