PSİXOLOQ

Finlandiya təhsil sistemində şagirdlərin psixoloji vəziyyətlərinin dərindən öyrənilməsi və həmçinin onların sağlam psixologiyada yetişdirilməsi ən ümdə məsələlərdən biridir. Bu səbəbdən məktəbimizdə müəllimlərlə yanaşı psixoloq da şagirdlərin üzləşdiyi hər hansı bir problemi və narahatlığı dərhal aradan qaldırmağa çalışır. Məktəbimizdə psixoloq əsasən aşağıdakıları həyata keçirir:

  • Mütəmadi olaraq şagirdlərin fəaliyyətini izləyir və onlar haqqında ətraflı məlumat toplayır.
  • Altı aydan bir dəfə olmaqla şagird barəsində müfəssəl hesabat hazırlayıb məktəb rəhbərliyinə təqdim edir.
  • Şagirdin maraq dairəsindən yola çıxaraq ona uyğun olan ixtisasları müəyyənləşdirir.
  • İbtidai sinifin sonunda valideynə təqdim olunmaq üçün şagirdin psixoloji durumu, qabiliyyət və bacarıqları və eyni zamanda uğurlu ola biləcək ixtisas istiqamətləri haqqında təfsilatlı hesabat hazırlayır.
  • Valideynlərlə sıx təmasda olaraq uşağın karyera baxımından düzgün yönləndirilməsində onlara köməklik göstərir.
  • Dərsə marağı az olan şagirdlərdə öyrənmə həvəsini artırmaq və yüksək əhval-ruhiyyə yaratmaq üçün onlarla daha yaxından maraqlanır, bu istiqamətdə lazımi tədbirlər görür.